Главная > İqtisadiyyat > Neft qiymətləri aylar sonra ilk dəfə 57 dolları keçdi

Neft qiymətləri aylar sonra ilk dəfə 57 dolları keçdi


13-01-2021, 12:14. Разместил: admin
Neft qiymətləri aylar sonra ilk dəfə 57 dolları keçdi


Dünya bazarlarında neft qiymətləri bahalaşıb.

24 fevral 2020-ci il tarixindən sonra ilk dəfə “Brent” markalı neftin bir barelinin dəyəri 57 ABŞ dollarını keçib.

Yanvarın 13-də “Brent” markalı  neftin mart fyuçerslərinin qiyməti 0.48 faiz bahalaşaraq bir barel üçün 57.03 dollara yüksəlib.

WTI markalı neftin fevral fyuçersləri isə 0.66 faiz bahalaşaraq bir barel üçün 53.56 dollara bərabər olub.


Вернуться назад