Главная > İqtisadiyyat > Qarabağda bu istiqamətlərdə YENİ YOLLAR ÇƏKİLƏCƏK

Qarabağda bu istiqamətlərdə YENİ YOLLAR ÇƏKİLƏCƏK


18-12-2020, 13:21. Разместил: admin
Qarabağda bu istiqamətlərdə YENİ YOLLAR ÇƏKİLƏCƏK


Göygöl rayonundan Kəlbəcər rayonuna yeni avtomobil yolu çəkiləcək.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov bildirib.

"Bu yolun Murovdağdan keçməklə, Göygölün Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə İstisya qədər - 102 km olmasını nəzərdə tuturuq. Yol 3 zolaqdan ibarət olacaq ki, dağlıq ərazilərdə yük maşınları minik maşınlarına mane olmasın. Hazırda həmin yolun layihəsi hazırlanır", - deyə o, qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.

"Həmçinin Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur", - deyə H.Rüstəmov əlavə edib.


Вернуться назад