Главная > İqtisadiyyat > Rusiyadan Azərbaycanla bağlı SƏRT QADAĞA - Sabah qüvvəyə MİNİR

Rusiyadan Azərbaycanla bağlı SƏRT QADAĞA - Sabah qüvvəyə MİNİR


9-12-2020, 12:19. Разместил: admin
Rusiyadan Azərbaycanla bağlı SƏRT QADAĞA - Sabah qüvvəyə MİNİR


Rusiya Azərbaycandan tomat və alma idxalına müvəqqəti qadağa qoyub.  Rusiya tərəfi qadağa müddətini göstərmir.

Bu barədə Rusiyanın Kənd təsərrüfatına nəzarət  “Россельхознадзор” qurumu məlumat yayıb. Məlumata əsasən  Azərbaycandan Rusiyaya idxal olunacaq tomat, pomidor və almaya qadağa dekabrın 10-da qüvvəyə minəcək. Guya Azərbaycandan Rusiyaya idxal olunan adı çəkilən məhsullarda hansısa zərərverici aşkar edilib.

 Qeyd edək ki, Azərbaycan Rusiyanın əsas bitki mənşəli məhsullarının idxalatçısı hesab olunur. Rusiya Federal Gömrük Xidmətinin  məlumatına əsasən Azərbaycan 2019-cu ildə Rusiyaya  172,359 min ton (bu Rusiyaya idxal olunan ümumi tomat və pomidorun 30,9%-i deməkdir) ixrac edib. Bununla da Azərbaycan birinci yerdə olub.

Alma, armud və heyva ixracatına  gəldikdə, Azərbaycan ötən il bu ölkəyə 91,113 kin ton meyvə ixrac edib ki, bu da  Rusiyaya ixrac edilən meyvələrin  9,7%-ni təşkil edir. Azərbaycan Rusiyaya alma, armud, heyva ixracaatında Moldova, Serbiya və Argentinadan sonra 4-cü yeri tutur.


Вернуться назад