Главная > İqtisadiyyat > İpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - RƏSMİ

İpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - RƏSMİ


1-12-2020, 10:38. Разместил: admin
İpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - RƏSMİ


İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) bazasına yeni mənzillər əlavə olunacaq.
Oxu.az xəbər verir ki, bu barədə İKZF-nin satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi haqqında onlayn mətbuat konfransında məlumat verilib.   

Bildirilib ki, hazırda Fondun bazasında 983 mənzil var və yaxın günlərdə yeni mənzillərin də bazaya əlavə edilməsi gözlənilir. 

Əlavə olunub ki, xüsusilə də, 9-cu mikrorayonda və Babək prospektində yerləşən mənzillərin bazaya əlavə edilməsi gözlənilir. Babək prospektində mənzil satışı 1350 manat, 9-cu mikrorayonda yerləşən mənzillərin satışı isə 1380 manatdan həyata keçiriləcək. 

Qeyd edək ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmindən yararlanmaq istəyən vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edə bilərlər.


Вернуться назад