Главная > İqtisadiyyat > Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq
Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq25-07-2024, 14:04. Разместил: admin |
"Elektron siqaret, qəlyan və onların əvəzedicilərini satanların marjasından asılı olaraq qiymətlər hər ədəddə 1.50- 2 manat arası arta bilər”. Bunu Valyuta.az-a iqtisadçı Xalid Kərimli Azərbaycana gətirilən tütün və alkaqollu məhsulların bəziləri üçün aksiz dərəcələrinin artırılması haqqında danışarkən deyib. O, bildirib ki, bu məhsulların hər ədədi üçün aksiz vergisinin 0,25 manatdan 2 manata qaldırılması sahibkarın xərcinin artması deməkdir: "Bu isə əhəmiyyətli artımdır. Ona görə qiymətlərə mütləq şəkildə təsir göstərəcək. Belə məhsullar adətən tam qiymətə satıldığına görə güman edirəm ki, bu siqaretlərin qiyməti ən azı 2 manat bahalaşacaq”. Qeyd edək ki, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Qərara əsasən Azərbaycana gətirlən tütün məhsulları və alkaqolluiçkilərlə yanaşı birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb. Вернуться назад |