Главная > İqtisadiyyat > Əmlak alanlar kəskin azalıb: Bazarda “durğunluq dövrü” - NƏ BAŞ VERİR?
Əmlak alanlar kəskin azalıb: Bazarda “durğunluq dövrü” - NƏ BAŞ VERİR?24-07-2024, 15:30. Разместил: admin |
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 177 664 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır. Yarım illik göstəricinin 27 707-si (15,6 %-i) ilkin, 149 957-si isə (84,4 %-i) isə təkrar qeydiyyatın payına düşür. Qeydiyyatı aparılan əmlaklardan 27 695-i fərdi yaşayış və bağ evi, 39 388-i mənzil, 104 580-i torpaq sahəsi, 1 586-sı qeyri-yaşayış binası, 4 017-si qeyri-yaşayış sahəsi, 376-sı əmlak kompleksi, 22-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 45 513-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür. Hesabat dövründə 132 115 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 39,4 % azdır. İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 9,95 % azalaraq 35 203 olub. Qeyd edək ki, son illər sənədsiz evlərə çıxarışların (“kupça”) veriləcəyi aktualdır və 500 minə yaxın mənzilə şamil olunacağı istisna edilmir. Hazırda isə proses əksinə gedir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınmasındakı azalmaya səbəb nədir? Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe info”-ya bildirib ki, mülkiyyət hüququnun qeydiyyatı çıxarışın verilməsidir: “Mülklərin qeydə alınması ilkin və təkrar qeydiyyatdan asılıdır. Birincisi, ilkin qeydiyyat var ki, vətəndaşın torpaq sahəsi və ya fərdi həyət evi var, bununla bağlı çıxarış alır. Bu, ilkin qeydiyyatdır. Dövlət Xidmətinin qeyd etdiyi rəqəmlərə gəldikdə isə ilkin qeydiyyatdan söhbət getmir. Çıxarışsız fərdi həyət evləri və torpaq sahələri olduğu kimi qalır. Təkrar alqı-satqılar var ki, burada çıxarışsız, notarial qaydada vətəndaş əmlakı bir başqasına satır, həmin şəxs yenidən öz adına müraciət edib çıxarış alır. Artıq 2023-cü ilin oktyabr ayından bu günə kimi ölkənin, xüsusilə də paytaxt Bakı şəhərinin əmlak bazarında ciddi durğunluq var. Alıcı kütləsi həddindən çox azalıb. Alıcı kütləsinin azalması da həmin qeydiyyatlılarla bağlı rəqəmləri azaldır”. Ekspert vurğulayıb ki, burada söhbət sənədsiz evlərin sənədləşdirilməsi prosesindən getmir, təkrar alqı-satqılardan gedir: “Yəni təkrar alqı-satqıdan sonra əmlakına çıxarış alan vətəndaşların sayı azalıb. Əmlak bazarındakı durğunluq səbəbindən də həmin qeydiyyata alınma məsələlərində belə yubanmalar baş verir”. Вернуться назад |