Главная > İqtisadiyyat > İlham Əliyev Dövlət Agentliyinə 12,5 milyon manat ayırdı - SƏRƏNCAM
İlham Əliyev Dövlət Agentliyinə 12,5 milyon manat ayırdı - SƏRƏNCAM24-09-2020, 13:30. Разместил: admin |
Prezidenti İlham Əliyev Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq olaraq 8 milyon manat və 4,5 milyon manat ayrılıb. Вернуться назад |