Главная > İqtisadiyyat > Quru sərhədlərlə bağlı açıqlama: “qapalı qalması...”
Quru sərhədlərlə bağlı açıqlama: “qapalı qalması...”12-02-2024, 11:31. Разместил: admin |
Qapalı sərhədlər turizm fürsətlərini bağlayır. Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Azərbaycanın turizm gəlirlərini qonşu ölkələrlə müqayisə edib: "Azərbaycan 2023-cü ildə turizmdən cəmi 1,4 mlrd. dollar gəlir əldə edib. Ölkəyə cəmi 2 mln. 85 min turist gəlib və hər bir turist orta hesabla 671 dollar vəsait xərcləyib. Gürcüstana 2023-cü ildə 5,1 mln. turist gəlib, ölkənin turizmdən gələn gəliri 4,8 mlrd. dollar olub və hər bir turist ortalama 941 dollar xərcləyib. Ermənistana 2023-cü ildə 2,3 mln. turist gəlib və 2023-cü ilin 9 ayında həmin ölkə turizmdən 2,1 mlrd. dollar vəsait qazanıb. Qardaş Türkiyənin turizm uğurları isə ümumən fantastikdir: 2023-cü ildə qardaş ölkəyə 57,7 mln. turist səfər edib. Türkiyənin turizmdən gəliri 54,3 mlrd. dollar olub. Müqaisə üçün deyim ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 mlrd. dollar vəsait qazanıb". Ekspert deyir ki, turizm multiplikativ effekt yarada bilən, iqtisadiyyatda ardınca ən azı 10-11 sahəni də dartıb apara biləcək potensialı olan sahədir. Turizm bir tərəfdən prioritet elan edilib, digər tərəfdən məhdudlaşdırılır: "Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil", - deyə N. Cəfərli əlavə edib. Вернуться назад |