Главная > İqtisadiyyat > Azərbaycan qəpiklərini hazırlamaq üçün nə qədər pul xərclənir? - Özü dəyərindən baha...

Azərbaycan qəpiklərini hazırlamaq üçün nə qədər pul xərclənir? - Özü dəyərindən baha...


29-01-2024, 10:33. Разместил: admin
Azərbaycan qəpiklərini hazırlamaq üçün nə qədər pul xərclənir? - Özü dəyərindən baha...


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib.

Ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gətirilib.

Qeyd edək ki, gətirilən sikkələr ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən pul vahidləridir (Gömrük kodu 711890).
 
Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub.
 
Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub.
 
Məlumat üçün bildrək ki, hazırda Azərbaycanda nominal dəyəri 1, 3, 5, 10, 20 və 50 qəpik olan 6 sikkədən istifadə olunur.
 
Qeyd edək ki, 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir.
 
Əgər bu il ölkəyə gətirilən sikkələrin 1 qramının orta gömrük dəyəri 10 qəpiyə bərabərdisə, bu o deməkdir ki, Azərbaycanda qəpiklərin dəyəri orta hesabla 51 qəpik olub.
 
Onu da bildirək ki, qəpiklər müxtəlif maretallardan hazırlanırlar. 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanırlar.
 
Bu səbəbdən qəpiklərin maya dəyəri əsasən onun nominal dəyərindən asılı olaraq dəyişir. Bu il ölkəyə gətirilən sikkələrin (qəpiklərin) 1 qramının orta gömrük dəyəri 10 qəpik olubsa, ötən il 2,5 qəpik olub.
 
©Yeniavaz.com 


Вернуться назад