Главная > İqtisadiyyat > Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb


28-12-2023, 10:01. Разместил: admin
Gələn il üçün inflyasiya proqnozu açıqlanıb


Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5% civarında olacağını gözləyir.

Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Məlumata görə, inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.


Вернуться назад