Главная > İqtisadiyyat > Azərbaycan iqtisadiyyatı bu qədər artacaq - PROQNOZ
Azərbaycan iqtisadiyyatı bu qədər artacaq - PROQNOZ28-12-2023, 09:57. Разместил: admin |
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə real iqtisadi artım tempinin 3-3,5% civarında olmasını gözləyir. Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir. Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında iqtisadi artım proqnozlaşdırılır. "Növbəti ildə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impluslar verəcək", - deyə bəyanatda qeyd olunub. Вернуться назад |