Главная > İqtisadiyyat > Manatın dollar qarşısındakı vəziyyəti necə olacaq? - Rəsmi açıqlama
Manatın dollar qarşısındakı vəziyyəti necə olacaq? - Rəsmi açıqlama13-11-2023, 13:28. Разместил: admin |
Mərkəzi Bankın bu ilin 10 ayında keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib. Bunu Milli Məclisdə 2024-cü il dövlət büdcə zərfinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”. Вернуться назад |