Главная > İqtisadiyyat > AZAL-da qiymətlər enir: yeni proqram hazırlandı
AZAL-da qiymətlər enir: yeni proqram hazırlandı25-10-2023, 09:58. Разместил: admin |
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevin dəvəti ilə ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim. Çox ətraflı və maraqlı müzakirəmiz oldu, haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi. "Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, vitse-prezidentlə görüşündə regionlarda olan hava limanlarının boş qalması məsələsini müzakirə edib: "AZAL-ın bu limanlardan effektiv istifadə etməməsi şirkətə əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni, bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır". Ekspert vitse-prezidentin qiymətlərin baha olması ilə bağlı tənqidlərini normal qarşıladığını, bu yöndə ciddi işlər apardıqlarını deyib: "Bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi". Sonda N. Cəfərli AZAL-da İctimai Şura yaradılacağını və bu qurumun işində iştirak etməyə dəvət edildiyini qeyd edib. Вернуться назад |