Главная > İqtisadiyyat > Bahalaşan və ucuzlaşan məhsullar AÇIQLANDI - VİDEO

Bahalaşan və ucuzlaşan məhsullar AÇIQLANDI - VİDEO


17-10-2023, 09:41. Разместил: admin
Bahalaşan və ucuzlaşan məhsullar AÇIQLANDI - VİDEO


Bəzi məhsullar bahalaşıb, bəzi malların isə qiyməti enib.

Bununla bağlı rəqəmlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin nəticəsində müəyyən edilib.

Monitorinqlərə əsasən, ötən ilin oktyabr ayı ilə müqayisədə şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğanın qiymətində artımlar müşahidə edilib.
Dövlət Xidmətinin məlumatında bildirilib ki, çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsağın qiymətində isə enmə müşahidə olunub.

Dövlət Xidmətinin məlumatında o da bildirilir ki, bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Xəzər TV-nin mövzu ilə bağlı daha hazırladığı videomaterialı təqdim edirik:



Вернуться назад