Главная > İqtisadiyyat > Trilyonlarla borc böyük müharibələrsiz “silinməyəcək” - SENSASİON DETALLAR

Trilyonlarla borc böyük müharibələrsiz “silinməyəcək” - SENSASİON DETALLAR


9-10-2023, 13:39. Разместил: admin
Trilyonlarla borc böyük müharibələrsiz “silinməyəcək” - SENSASİON DETALLAR


Nüvə silahı, hələ də, sülhün ən böyük dayağıdır, əks halda, 3-cü Dünya Savaşı dünyanın hər yerini bürümüşdü. İndi də müharibədir, lakin nüvə silahı var deyə daha çox proksi, hibrid və lokaldır. Ümid edək ki, xaos bitəcək, dünya bir masa ətrafına toplaşıb bütün problemləri həll edib yenə 40-50 il sakitləşəcək. Ümid isə getdikcə azalır, əsas məsələ də  iqtisadiyyatdadır. Dünyanın bərbad idarəedilməsi, 2020-ci ildə isə “pandemiya” mərəzi iqtisadiyyatı çökdürmək üzrədir, dünya ölkələrinin borcu faciəvi şəkildə artıb. 

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, 2001-ci ildə dünyada borc həcmi 61,8 trilyon dollar idisə, 2015-də artıq borc 158,3 trilyon oldu. 2022-ci ilin sonunda isə bu rəqəm 307 trilyon dollara çatıb və hələ də artır:

"Təəssüf ki, bu borc yükü böyük müharibələrsiz “silinməyəcək”. Dünyanın ÜDM-i ildə cəmi 100 trilyon dollar civarındadır. Yəni, dünya ÜDM-indən 3 dəfə artıq borcu qaytarmaq və ya azaldıb təhlükəsiz hala gətirmək artıq mümkün deyil. Deməli, dünyada yeyib həzm etmək üçün “yağlı tikələr” tapılmalıdır. Müharibələrin hesabına iqtisadi normallaşmaya gediləcək (həm 1-ci, həm də 2-ci Dünya savaşından öncə böyük iqtisadi böhranlar oldu, onlardan çıxmaq üçün müharibələr alovlandı), sonra da böyük “masa” qurulacaq, dünya yenə 40-50 illik “sakitləşəcək”. 

"Bu qarışıq zamanda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edib sərhədlərini mökhəmlətməsi möcüzəvi dərəcədə yaxşı gedişat oldu. İndi qalır o böyük “masada” udanların tərəfində yer almaq",- deyə ekspert əlavə edib.


Вернуться назад