Главная > İqtisadiyyat > Dollara tələb 100%-dən çox artdı - Manatı təhlükə gözləyir?
Dollara tələb 100%-dən çox artdı - Manatı təhlükə gözləyir?2-08-2023, 11:43. Разместил: admin |
Dollara olan tələb 100%-dən çox artdı. Tələbin kəskin artma səbəbi kimi bir sıra məqamları qeyd etmək olar. Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, səbəblər arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır: "Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır". Eksperti sözlərinə görə, bu proses hələ bir müddət davam edəcək və qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür. E. Əmirov manat üçün hansısa təzyiq və məzənnə dəyişikliyi üçün zərurət yaranması ilə bağlı ehtimallara da toxunub: "Qeyd etdiyim amillər bir-iki aylıq dövrü əhatə edəcək, deməli dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də, hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək". Вернуться назад |