Главная > İqtisadiyyat > Dərmanlar ucuzlaşa bilər - “Qara bazar”a ehtiyac olmayacaq

Dərmanlar ucuzlaşa bilər - “Qara bazar”a ehtiyac olmayacaq


3-07-2023, 12:56. Разместил: admin
Dərmanlar ucuzlaşa bilər - “Qara bazar”a ehtiyac olmayacaq


Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri bütün apteklərdə yenidən fərqli qiymətlərə satıla bilər. Bununla bağlı “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq mərhələlərlə dövlət qeydiyyatına alınan dərmanların qiymətinin Tarif Şurası tərəfindən müəyyən olunmasına start verilib. Lakin təklif olunan dəyişikliyə görə, dərman vasitələri üçün vahid qiymət yox, qiymətin yuxarı həddi müəyyən olunacaq.

Qanuna dəyişikliyin əhali üçün əhəmiyyəti nə olacaq?

Hazırda dövlət qeydiyyatına alınmış dərman vasitələri tənzimlənmiş vahid qiymətlərlə satılırsa, qanuna gözlənilən dəyişikliklə dövlət qeydiyyatına dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur. Yəni, aptek təşkilatı dərmanı müəyyən olunmuş həddən yuxarı qiymətə sata bilməsə də, aşağı qiymətə satması da qadağan olunmayacaq. 

Hazırda dərmanların üzərinə məbləğindən asılı olaraq 14-40 faiz aralığında topdan və pərakəndə satış məbləği əlavə olunur.

Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti

Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə

Aptek təşkilatı üçün əlavə

Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti

Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə

Aptek təşkilatı üçün əlavə

1

2

3

5 manata qədər olduqda

(5 manat daxil olmaqla)

topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 faizi

topdansatış qiymətinin 20 faizi

5- 20 manat arasında olduqda

(20 manat daxil olmaqla)

1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi

topdansatış qiymətinin 20 faizi

20-50 manat arasında olduqda

Ətraflı
 
Ads by     0
Reklamınızı SmartBee ilə effektiv edin.
 
 

(50 manat daxil olmaqla)

3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi

topdansatış qiymətinin 20 faizi

50-100 manat arasında olduqda

(100 manat daxil olmaqla)

7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi

11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin 13 faizi

100 manatdan artıq olduqda

10,95 manat+ topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi

18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin 11 faizi

 
Bununla belə, hazırda müəyyən iri aptek şəbəkələrində satışı artırmaq məqsədilə müştərilərə güzəşt – bonus təklif olunmasına rast gəlinir. Görünür, son illərdə ölkədə aptek biznesinin genişlənməsi qiymət müstəvisində rəqabətə ehtiyac yaradıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, dəyişiklik rəqabətin inkişaf etməsinə və qiyməti məhz rəqabətin təyin etməsinə gətirib çıxaracaq. Komitə sədri dəyişikliyin əhəmiyyətini “Qafqazinfo”ya şərh edərkən deyib ki, yuxarı həddin müəyyən edilməsi dərman vasitələrinin daha ucuz satıla bilməsi üçün maneənin aradan qaldırılmasına səbəb olacaq.

Deputat Vüqar Bayramov da yuxarı həddin qiymətlərində artımlar müşahidə edilən dərmanların qiymətlərinə təsir göstərəcəyi, müəyyən azalmaların olacağı qənaətindədir. O, açıqlamasında dəyişikliklərdə əsas məqsədin dərman vasitələri bazarında qiymətlərin optimallaşdırılması, xüsusən də son dövrdə qiymətləri yüksəlmiş dərmanların qiymətlərindəki artımın qarşısının alınmasından ibarət olduğunu bildirib:
“Problem ondan ibarətdir ki, son dövrlər bir sıra dərmanların həm qiymətlərində artımlar müşahidə olunur, həm də bir növ onların qıtlığı var idi. Nəticə etibarilə həmin dərman axtaran vətəndaşlarımız bəzi hallarda onları “qara bazar”dan almaq məcburiyyətində qalırdılar. Ona görə məqsəd həm də o dərmanların satışının leqallaşdırılması və həmin dərmanların satışının apteklər vasitəsilə həyata keçirilməsindən ibarətdir. Sözsüz ki, gözlənilir ki, bu dərmanların, xüsusən də bu qiymətlərində artımlar müşahidə edilən dərmanların qiymətlərinə təsir göstərəcəyi, müəyyən azalmaların olacağı istisna deyil”.

Lakin bununla belə, V. Bayramov dərman bazarında qiymətlərin uzunmüddətli dövr üçün sabitləşməsi və optimallaşdırılması, xüsusən də aşağı salınması üçün yerli istehsalın təşkil edilməsini vacib hesab edir. Onun fikrincə, yerli istehsalın təşkil edilməsi ilə dərmanların qiymətlərinin kəskin ucuzlaşması mümkündür:

“Azərbaycan dərman preparatlarına olan tələbin 90 faizinindən çoxunu idxal edir. Bu da nəticə etibarilə qiymətlərə təsir göstərir. Ona görə də xüsusən də qardaş Türkiyə ilə yerli istehsalın təşkil edilməsi mümkündür. Yerli istehsalın təşkil edilməsi praktiki olaraq dərmanların qiymətlərinin kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Bu istiqamətdə danışıqlar gedir və düşünürəm ki, daha tez yerli istehsala başlanılması strateji dövr üçün və bütövlükdə uzunmüddətli dövrdə dərman preparatların qiymətinin aşağı düşməsinə, daha keyfiyyətli dərmanların təklif olunmasına və xüsusən də bəzi dərmanlar üzrə qıtlığın tamamən aradan qaldırılmasına gətirib çıxara bilər”.

Başqa sözlə, hazırda dərman vasitələrinin, xüsusilə də pərakəndə satışı üçün vahid qiymət siyasətinin müəyyən edilməsi əhalini müəyyən hallarda dərmanları daha aşağı qiymətə almaqla yanaşı, bu sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərini qiymət müstəvisində rəqabətdən məhrum edir. Dərmanların qiymətinə yuxarı həddin müəyyən olunması qiymətlərin rəqabət şəraitində formalaşmasına, hətta ucuzlaşmaya səbəb ola bilər. 


Вернуться назад