Главная > İqtisadiyyat > Azərbaycanda inflyasiya 14%-ə çatır
Azərbaycanda inflyasiya 14%-ə çatır11-11-2022, 15:30. Разместил: admin |
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4%, qeyri-ərzaq məhsulları üzrə 107,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib. "Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, təkcə ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 115,6 % olub. Вернуться назад |