Главная > İqtisadiyyat > Qarabağın bərpasına ayrılacaq vəsait artırılır - MƏBLƏĞ
Qarabağın bərpasına ayrılacaq vəsait artırılır - MƏBLƏĞ25-10-2022, 13:22. Разместил: admin |
İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi xəbər verir. Bildirilir ki, bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur. Вернуться назад |