Главная > İqtisadiyyat > Bakının çörək istehsalçısı ləğv edilir
Bakının çörək istehsalçısı ləğv edilir21-10-2022, 10:34. Разместил: admin |
“Pirallah-Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “Yığıncaq 2022-ci il noyabrın 26-da saat 11.00-da Bakı şəhəri, 8 Noyabr prospekti 23 nömrəli ünvanda “AMAY” ticarət mərkəzində baş tutacaq. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin ləğv edilməsi, ləğvetmə komissiyasının üzvlərinin və sədrinin seçilməsi məsələləri daxildir. Qeyd edək ki, “Pirallah-Çörək” ASC 10.04.1997-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Elnur Şahin oğludur. Nizamnamə kapitalı 329,206 min manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı ŞTQ-dır. Вернуться назад |