Главная > İqtisadiyyat > Cəbrayılda inşa olunacaq GES ilə bağlı açıqlama: Bu tarixdə istifadəyə veriləcək

Cəbrayılda inşa olunacaq GES ilə bağlı açıqlama: Bu tarixdə istifadəyə veriləcək


20-10-2022, 12:30. Разместил: admin
Cəbrayılda inşa olunacaq GES ilə bağlı açıqlama: Bu tarixdə istifadəyə veriləcək


BP şirkətinin Cəbrayıl rayonunda inşasını planlaşdırdığı “Şəfəq” günəş elektrik stansiyasının (GES) 2024-cü ildə istismara verilməsi gözlənilir.

“Bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

Onun sözlərinə görə, hazırda illik təxminən, 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə GES-in inşası üzrə danışıqlar gedir: "Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, 2023-cü ildə stansiyanın inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir”.

Nazir bildirib ki, bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır: “Bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək”.


Вернуться назад