Главная > İqtisadiyyat > Bu qurumun vəzifəli şəxsləri işdən çıxarılıb

Bu qurumun vəzifəli şəxsləri işdən çıxarılıb


9-08-2022, 10:20. Разместил: admin
Bu qurumun vəzifəli şəxsləri işdən çıxarılıb


"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.

Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.


Вернуться назад