Главная > İqtisadiyyat > Bakıdan Naxçıvana yeni avtobus reysi açılır
Bakıdan Naxçıvana yeni avtobus reysi açılır22-07-2022, 12:58. Разместил: admin |
![]() Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və //avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür. Вернуться назад |