Главная > İqtisadiyyat > Türkiyədə dollar 16 lirəyə çatır
Türkiyədə dollar 16 lirəyə çatır18-05-2022, 12:43. Разместил: admin |
Türkiyədə 1 dollar 15,94 həddinə qədər yüksəlib. Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin açıqlamalarının dolları bahalaşdırması olub. Belə ki, FED sədri inflyasiya azalana qədər pul siyasətini sərtləşdirməyə davam edəcəklərini, inflyasiyanın aşağı endiyinə dair aydın və inandırıcı dəlil görmədikləri təqdirdə daha aqressiv hərəkət etməyi düşünməli olacaqlarını bildirib. Bu açıqlamalardan sonra dollar yeni günə 15,92 lirə həddindən başlayıb. Səhər saatlarında 15,80 lirədən aşağı düşən dollar, daha sonra 15,94 lirə həddini aşıb. Qeyd edək ki, dollar-lirə nisbəti həftənin əvvəlində 15,50 səviyyəsində idi. Вернуться назад |