Главная > İqtisadiyyat > Dollar sürətlə bahalaşır: son 20 ilin ən yüksək həddində
Dollar sürətlə bahalaşır: son 20 ilin ən yüksək həddində6-05-2022, 11:02. Разместил: admin |
ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb. Dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb. Belə ki, səhm satışının aşağı düşməsi təhlükəsiz valyutaya tələbi artırıb. Həmçinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi gözləntiləri də bahalaşmaya təsir edib. Funt sterlinq isə İngiltərə Bankının faiz dərəcələrini 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırmasından, lakin iqtisadiyyatın tənəzzül riski ilə üzləşdiyi barədə xəbərdarlıq etdikdən sonra 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb. Britaniya valyutası sonuncu dəfə 2,25% ucuzlaşaraq 1,2351 dollar olub. Almaniyada mart ayında sənaye sifarişlərinin keçən oktyabr ayından bəri ən böyük aylıq azalma ilə üzləşdiyini göstərməsindən sonra avro da ucuzlaşıb. Avro 0,98% ucuzlaşaraq 1,0518 dollara düşüb və ötən cümə axşamı əldə edilən 1,0470 dollarla beş ilin ən aşağı səviyyəsini bir qədər yuxarıda tamamlayıb. Вернуться назад |