Главная > İqtisadiyyat > Çindəki yeni karantin tələbləri nefti ucuzlaşdırdı

Çindəki yeni karantin tələbləri nefti ucuzlaşdırdı


28-04-2022, 10:14. Разместил: admin
Çindəki yeni karantin tələbləri nefti ucuzlaşdırdı


Neft qiymətləri yenidən azalmağa başlayıb.

İnvestorların dünyanın ən böyük neft idxalçısı olan Çində COVID-19 məhdudiyyətləri səbəbindən yanacağa tələbin azalacağı ilə bağlı narahatlıqları nefti ucuzlaşdırıb.

“Brent” markalı neftin fyuçersləri 1,48 dollar və ya 1,41% ucuzlaşaraq bir barel üçün 103,84 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin fyuçersləri isə 1,39 dollar və ya 1,36% ucuzlaşaraq 1 bareli 100,63 dollar olub.

Hər iki müqavilə əvvəlki sessiyada dünya miqyasında sıx tədarüklə bağlı davam edən narahatlıqlar və ABŞ-da distillə və benzin ehtiyatlarının azalması səbəbindən 30 sentdən çox bahalaşmışdı.

Qeyd edək ki, ABŞ Enerji İnformasiya Administrasiyası xam neft ehtiyatlarının keçən həftə gözləntilərdən fərqli olaraq cəmi 692 min barel artdığını, dizel və təyyarə yanacağının daxil olduğu distillə ehtiyatlarının isə 2008-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşdüyünü bildirmişdi.

Çinin paytaxtı Pekin isə cümə axşamı bəzi ictimai yerləri bağladığını və digərlərində yoxlamaları gücləndirdiyini açıqlamışdı.


Вернуться назад