Главная > İqtisadiyyat > Neft sürətli ucuzlaşmanın ardından yenidən bahalaşır - SƏBƏB

Neft sürətli ucuzlaşmanın ardından yenidən bahalaşır - SƏBƏB


20-04-2022, 10:33. Разместил: admin
Neft sürətli ucuzlaşmanın ardından yenidən bahalaşır - SƏBƏB


Neft qiymətləri sürətli enişin ardından yenidən bahalaşmağa başlayıb.

“Buna səbəb ABŞ-ın xam neft ehtiyatlarının azalması fonunda Rusiya və Liviyadan neft tədarükündə azalmaların olacağı ilə bağlı narahatlıqlar olub.

“Brent” markalı neftin fyuçersləri 0, 98 ABŞ dolları və ya 0,9% artaraq bir barel üçün 108,23 dollara, Qərbi Texas (WTI) markalı xam neftin fyuçersləri isə 0,94 ABŞ dolları və ya 0,9% artaraq 103,50 dollara çatıb. 

Qeyd edək ki, çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirlərini əsas gətirərək qlobal artım proqnozunu azaltmasından və inflyasiya ilə bağlı narahatlıqlarından sonra hər iki neft fyuçersləri 5,2% ucuzlaşma nümayiş etdirmişdi.


Вернуться назад