Главная > İqtisadiyyat > Azərbaycanın ixracı idxalını 5 milyard dollar üstələyib - 3 dəfə artım
Azərbaycanın ixracı idxalını 5 milyard dollar üstələyib - 3 dəfə artım18-04-2022, 12:35. Разместил: admin |
2022-ci il martın 31-nə Azərbaycanın xarici ticarət dövriyyəsi 10 908,07 mln ABŞ dollar təşkil edib. “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,6% çoxdur. Xarici ticarət dövriyyəsinin 7 980,93 mln dollarını və ya 73,17%-ni ixrac əməliyyatları, 2 927,14 mln dollarını və ya 26,83%-ni idxal əməliyyatları təşkil edib. Artım əsasən ixrac əməliyyatlarında olub ki, bu da 1,9 dəfə çoxdur. Cari ilin ilk rübünün sonunda Azərbaycanın xarici ticarət saldosu 5 053,79 mln dollar təşkil edib ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur. Вернуться назад |