Главная > İqtisadiyyat > Azərbaycanda inflyasiya 12% olub
Azərbaycanda inflyasiya 12% olub12-04-2022, 15:00. Разместил: admin |
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0%, qeyri-ərzaq məhsulları üzrə 106,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1%, əvvəlki ilin mart ayına nisbətən 112,1% təşkil edib. Bu ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin mart ayına nisbətən 116,8% təşkil edib. Вернуться назад |