Главная > İqtisadiyyat > Azərbaycanda qiymət artımı qaçılmazdır - DEPUTATDAN AÇIQLAMA
Azərbaycanda qiymət artımı qaçılmazdır - DEPUTATDAN AÇIQLAMA15-03-2022, 14:22. Разместил: admin |
Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalını qadağan etdi. Həmçinin Rusiya da bəzi ərzaq, o cümlədən taxıl və şəkərin ixracatını payızadək dayandırıb. BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22% intervalında yüksələcək: "Rusiya-Ukrayna müharibəsi artıq regionda və eləcə də qlobal bazarda qiymət artımlarına səbəb olub. Həmçinin Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırır". Millət vəkilinin sözlərinə görə, Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. "Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal infilyasiyası qaçılmazdır. Bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarına qiymət artımları ilə yanaşı bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək", - deyə V. Bayramov qeyd edib. Вернуться назад |