» » Bakıda bu binalarda mənzillər ucuzlaşır - AÇIQLAMA

Bakıda bu binalarda mənzillər ucuzlaşır - AÇIQLAMA

Bakıda bu binalarda mənzillər ucuzlaşır - AÇIQLAMA


Avqust ayında Bakıda təkrar mənzil bazarında 1 kvadrat metrin orta qiymət 1696 manatdan 1646 manata düşüb.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, faiz nisbətilə ay ərzində azalma 2,95 faiz, il ərzində isə 1,73 faiz təşkil edib.

N.İbrahimov əlavə edib ki, ilkin mənzil bazarında isə 1 kvadrat metrrin orta qiyməti 1401 manatdan 1428 manata yüksəlib. Ay ərzində artım 1,93 faiz, il ərzində isə 13,18 faiz təşkil edib.

Ekspert köhnə binalarda mənzillərin ucuzlaşmasını struktur dəyişikliyi ilə əlaqələndirib: “İki il bundan əvvələ qədər 1970-ci ilə qədər tikilən mənzillərin ipoteka krediti ilə alınmasına banklar tərəfindən şərait yaradılırdı. Ancaq iki il bundan əvvəl 1970-ci ilə qədər olan köhnə mənzillərin kreditləşməsinə məhdudiyyət qoyuldu və nəticədə zaman-zaman köhnə evlərin bazar portfelində payı artır və nəticədə qiymət aşağı düşür çünki həmin evlərin satışda sayı çox olsa da alıcısı azdır.

Ancaq ilkin mənzil bazarında qiymətlərin bahalaşması bir neçə faktorla bağlıdır. Birinci faktor təklifin azalmasıdır. İkinci faktor tikintinin maya dəyərinin bahalaşmasıdır. Bu faktorlar son nəticədə ilkin mənzil bazarında qiymətlərin bahalaşmasına gətirib çıxarır”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya