Azərbaycan nefti 72 dollardan satılır
- 22-07-2021, 11:50
- İqtisadiyyat
- 0
- 184
Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2.76 dollar artaraq 72.08 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.