Kollektivin qarsına qoyduğu əsas məqsəd kolbasa məhsullarları ilə Azərbaycan süfrələrini bəzəməkdir
- 20-11-2020, 10:55
- İqtisadiyyat
- 0
- 481
Respublikamızın ət məhsulları bazarında özünəməxsus yer tutan “Best-Beef” firması 2020-ci ildə 19 yaşını qeyd edir. Ötən müddət ərzində texniki cəhətdən orta səviyyəli kiçik sex, sürətli inkişaf yolu keçərək indi müasir avadanlıqlarla təchiz olunmuş, böyük potensiala malik bir müəs-sisəyə çevrilmişdir. Avropanın (Avstriya, Almaniya və d.) və Yaponiyanın qida sənayesi üzrə məşhur maşınqayırma şirkətlərinin ən son model ava-danlıq və istehsal xətlərini almaqla keyfiyyətli və alıcıların tələblərinə tam cavab verə bilən kolbasa məmulatları istehsalına möhkəm zəmin yarat-mışdır.
Paytaxtımızda və regionlarda çoxsaylı alıcılarını vaxtaşırı yeni çeşıd-lərlə sevindirən və yüksək keyfiyyət stabilliyini əsas amil seçən firma, yaran-dığı gündən “alıcı hər zaman haqlıdır” şüarını özünə iş prinsipi etmişdir. Mü-əssisədə xammal və materialların qəbulundan başlayaraq hazır məhsulun ticarət şəbəkəsinə çatdırılmasına qədər bütün istehsal və köməkçi proses-lər yalnız yüksək ixtisaslı mütəxəssislərin daimi nəzarəti altında həyata ke-çirilir. Bu, firma rəhbərliyinin kollektiv qarşısında qoyduğu tapşırıqdan,yəni keyfiyyət və kəmiyyət arasında olan seçimin şərtsiz olaraq keyfiyyət xeyrinə həllindən irəli gəlir.
Müəssisədə yüksək keyfiyyəti lazımi səviyyədə saxlamaq üçün yox-lanılmış resepturaların daha da təkmilləşdirilməsi ilə yanaşı qabaqcıl texno-logiyaların tətbiqi də geniş istifadə olunur. Belə ki,sexin mütəxəssisləri semi-nar-treninqlərdə iştirak etmək üçün tez-tez xarici ölkələrə ezam olunurlar. Bundan başqa müntəzəm olaraq müəssisəyə qabaqcıl Avropa şirkətlərinin texnoloqları dəvət olunurlar.Onlar Avropada ət sənayesi üzrə təkmilləşmiş elmi-tədqiqat mərkəzlərində işlənib hazırlanmış və təcrübədən keçmiş re-septuralardan seximizdə bizim milli mətbəxə uyğunlaşmış kolbasaların is-tehsalını təşkil edirlər. Bu da buraxdığımız məmulatların çeşidini daha da zənginləşdirməyə əlavə imkanlar yaradır.
Mütəxəssislərin böyük təcrübəsi və maddi-texniki bazamızın kifayət qədər güclü olması firmanın satış xidmətinə geniş imkanlar yaradır. Bunun sayəsində bazar tələbatının dəyişiklərinə operativ surətdə cavab vermək, gündəmdə olan problemlərin tez bir zamanda müsbət həllini tapmaq və alı-cı istəyini maneəsiz yerinə yetirmək müəssisənin satış menecerlərinin gün-dəlik işinin əsas mahiyyətini təşkil edir.
Kollektivin qarsına qoyduğu əsas məqsəd kolbasa məhsullarları ilə Azərbaycan süfrələrini bəzəməkdir.