Saf Qida təqdim etdiyi məhsulların testdən keçirilərək satışa çıxarılmasına zəmanət verir
- 12-10-2022, 14:02
- İqtisadiyyat
- 0
- 825
BİZ KİMİK?
Saf Qida insanların sağlam qidalanmasına xidmət etmək məqsədi ilə 2012-ci ildə yaradılmış yerli şirkətdir.Fəaliyyətə başladığımız ilk gündən etibarən, daima müştəri məmnuniyyətini hər şeydən üstün tutmuş, qatqısız, təmiz və sağlam qidalar təqdim etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolda qazandığımız uğurları müştərilərimizin sevgisi və sadiqliyi sayəsində dərk edir və onlar qarşısında məsuliyyətimizi anlayırıq.
Saf Qida təqdim etdiyi məhsulların testdən keçirilərək satışa çıxarılmasına zəmanət verir. Bunun sayəsində Saf Qida markası altında satılan məhsullar əminliklə, heç bir qatqı maddəsindən istifadə edilmədən hazırlanır və təbiətdən gələn ləzzəti ilə ilk gün olan təravətini sonadək saxlayır.
Yarandığı gündən bu günə daima özünü yeniləyən, bu sahədə qabaqcıl şirkətlər arasında iştirak etməkdən qürur duyan Saf Qida özünü davamlı olaraq inkişaf etdirir. Bugün artıq 2 mağazamız, təcrübəli mütəxəssislərimiz, keyfiyyətli məhsullarımız, professional işçi heyətimiz ilə sizlərə xidmət göstərməkdəyik.
Saf Qida şirkəti Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunda aparıcı tərəfdaş oldu!
Azərbaycanda ilk dəfə olaraq 8 iyun tarixində Hilton oteldə Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı və Progress Clubun təşkilati dəstəyi ilə “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçirilmişdir. Sağlam qida təmin edən şirkətlər ilə qida könüllülərini bir araya gətirən forumun məqsədi gənclərə sağlam həyat tərzini aşılamaq və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat verməkdən ibarət olmuşdur. Forumun aparıcı tərəfdaşlarından biri də “Saf Qida” şirkətinin olduğunu da fəxrlə diqqətinizə çatdırmaq istərdik.
Forumda günü-gündən gəncləşən ölümlərdən xilas olmağın mümkünlüyü, bunun üçün zərərli vərdişlərdən çəkinməyin vacibliyi, bu yolda sağlam qidalanma və düzgün həyat tərzinin faydası barədə geniş məlumatlar verilmişdir.
Tədbirdə həmçinin, yeni yaradılmış www.saglamqida.az saytı və eyni zamanda “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitabın təqdimatı da keçirilmişdir.
Saf Qida olaraq fəaliyyətə başladığımız 2012-cı ildən bəri dövrün və insanların dəyişən tələblərini müşahidə edir, onlara sağlam, qatqısız, təbii məhsullar təqdim edirik.
Forumun sonunda əməkdaşlarımız sağlam həyat tərzinin təbliğinə yönəlmiş fəaliyyətin dəstəklənməsi və inkişaf etdirilməsinə görə “Təşəkkürnamə” və “Fəxri fərmanlarla” təltif olunmuşlar.