» » Dollar bahalaşır: manatı nə gözləyir?

Dollar bahalaşır: manatı nə gözləyir?

Dollar bahalaşır: manatı nə gözləyir?


Bir neçə gün öncə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75% aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib. İnfilyasiyasnı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görünür. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3,4%-ə çatdırılacağını bildirirlər.

FED bu il 2%-lik inflyasiya hədəfləsə də, aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6,3%-dək yüksəlib. Bu son 40 ildə ABŞ-da ən yüksək inflyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlarda ÜDM-də artım 2,8% proqnoza qarşı 1,7% olub. Bütün bunlar FED-i kəskin dərəcə artımlarına getməyə məcbur edib.

FED uçot stavkasını artırmamışdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Ən çox verilən sual ənənəvi idi: dünya bazarında dollar kəskin bahalaşacaqmı?

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib: "Ötən həftə “özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1,04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur".

Manatın məzənnəsinə gəldikdə isə V. Bayramov bildirib ki, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: "Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir". 

"Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə millət əkili əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya