Neft yenidən ucuzlaşdı - SƏBƏB
- 20-05-2022, 10:24
- İqtisadiyyat
- 0
- 167
İnvestorların qlobal iqtisadi artımın zəifləyəcəyi və sərt pul siyasətlərinin yanacağa tələbatı azaldacağı ilə bağlı narahatlıqları nefti ucuzlaşıb.
İyul ayı üçün "Brent" fyuçersləri 0,63 ABŞ dolları və ya 0,56% ucuzlaşaraq 1 barel üçün 111,41 dollara, ABŞ-ın Qərbi Texas neftinin (WTI) iyun fluçersləri 1,36 dollar və ya 1,21% ucuzlaşaraq 110,85 dollara düşüb.
İyul ayı üçün daha aktiv satılan "WTI" fyuçersləri isə 0,82% ucuzlaşaraq bir barel üçün 108,99 dollara təklif edilib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) Asiya iqtisadiyyatlarına monetar sərtləşdirmənin riskləri ilə bağlı xəbərdarlıq edib. BVF-nin idarəedici direktorunun müavini Kenji Okamura bildirib ki, Asiya iqtisadiyyatları daha çox stimulla artımı dəstəkləmək və yaxud borc və inflyasiyanı stabilləşdirmək üçün stimulları geri çəkmək arasında seçim qarşısında qalıb.