Ukrayna gərginliyi qızılı bahalaşdırdı - 9 aylıq maksimum
- 22-02-2022, 15:30
- İqtisadiyyat
- 0
- 225
Rusiya Prezidenti Vladimir Putinin Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması qərarı qızılı bahalaşdırıb.
“Dünya birjalarında qızılın dəyəri 9 aylıq maksimuma çatıb.
İqtisadi qeyri-müəyyənlik hallarında investorlar üçün “təhlükəsiz liman” hesab olunan qızılın bir unsiyasının dəyəri 0,2% artaraq 1 909,60 ABŞ dollarına çatıb. ABŞ qızıl fyuçersləri isə 0,6% bahalaşaraq 1911,50 ABŞ dolları olub.
Analitiklər Şərqi Avropada vəziyyətin pisləşəcəyi halda qızılın daha da möhkəmlənəcəyini istisna etmir.
Qeyd edək ki, sözügedən hadisələrin fonunda neft qiymətləri 7 illik maksimuma yüksəlsə də, ABŞ fond bazarında əsas səhmlərdə ucuzlaşma müşahidə olunub.