Dünya birjalarında neft bahalaşır
- 24-01-2022, 09:33
- İqtisadiyyat
- 0
- 221
Dünya birjalarında neft qiymətləri artıb.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,77 dollar və ya 0,88% artaraq 88,66 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,69 dollar və ya 0,81% artaraq 85,83 dollar təşkil edib.