Главная > İdman > Faciə: Klub prezidenti yıxılaraq dünyasını dəyişdi - FOTO

Faciə: Klub prezidenti yıxılaraq dünyasını dəyişdi - FOTO


24-11-2021, 12:09. Разместил: admin
Faciə: Klub prezidenti yıxılaraq dünyasını dəyişdi - FOTO


"Zestafoni” (Gürcüstan) klubunun yaradıcısı və prezidenti İlia Kokaya faciəvi şəkildə dünyasını dəyişib.

Offsideplus xəbər verir ki, 65 yaşlı iş adamı  Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən yıxılıb. O, başından zədə aldığına görə, hadisə yerindəcə keçinib. 

Qeyd edək ki, “Zestafoni”  klubu 2004-cü ildə İlia Kokaya tərəfindən yaradılıb.  Onun rəhbərliyi dövründı komanda 2 dəfə Gürcüstan çempionu və 1 dəfə də Superkubokun qalibi olmuşdur.


Вернуться назад