Главная > İdman > MDB Oyunları: Azərbaycanın 7 növ üzrə idmançıları mübarizə aparacaq
MDB Oyunları: Azərbaycanın 7 növ üzrə idmançıları mübarizə aparacaq7-09-2021, 11:20. Разместил: admin |
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan idmançıları 7 idman növü üzrə mübarizə aparacaq. Report xəbər verir ki, stolüstü tennis, güllə atıcılığı, sambo, badminton və futzal növlərində ölkə təmsilçiləri ilk dəfə səhnəyə çıxacaqlar. Stolüstü tennisçilər qrup mərhələsində 3 görüş keçirəcəklər. Güllə atıcısı Xanna Əliyeva qızlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışına qatılacaq. O, təsnifat mərhələsindən keçəcəyi təqdirdə, bu gün finalda da iştirak edəcək. Eyni zamanda Azərbaycanın 7 samboçusu mübarizə aparacaq. Badminton növündə komandalar qrup mərhələsinin görüşlərini keçirəcəklər. Azərbaycanın futzal yığması isə Belarusla qrup mərhələsinin oyununda üz-üzə gələcək. Stend atıcısı Cavid Həsənov dairəvi stenddə çıxışlarını davam etdirəcək. O, təsnifat mərhələsinin yekununda finala vəsiqə qazansa, elə bu gün həlledici qarşılaşmada iştirak edəcək. Tayboksda isə Əli Əliyev (60 kq), Məhər Əsədzadə (63,5 kq) və Rəvan Ağazadənin (67 kq) iştirakı ilə yarımfinal görüşləri olacaq. I MDB Oyunları 7 sentyabr Stend atıcılığı Keçirilmə yeri: "Sviyaqa" Stend Atıcılığı Kompleksi Cavid Həsənov 10:00 - 12:00. Təsnifat mərhələsi 15:30 - 16:00. Final Stolüstü tennis Keçirilmə yeri: "Boks və stolüstü tennis Mərkəzi" İdman Kompleksi Qrup mərhələsi – I Tur 11:00 - 14:00. Komanda yarışları Qrup mərhələsi – II Tur 14:00 - 17:00. Komanda yarışları Qrup mərhələsi – III Tur 17:00 - 20:00. Komanda yarışları Güllə atıcılığı Keçirilmə yeri: "Dinamo" İdman Mərkəzi 10 m məsafəyə pnevmatik tapançadan atəş – qızlar Xanna Əliyeva 11:00 - 12:15. Təsnifat mərhələsi 13:15 - 14:00. Final Sambo Keçirilmə yeri: "Ak Bars" Döyüş Növləri Sarayı 11:00 - 15:00. Təsnifat mərhələsi Adil Adilzadə Rəsul Aydəmirov Elvin Bağırov Kamran Qasımov Nihat Məmmədli Ağani Məmmədov Toğrul Salmanov 15:00 - 17:00. Final Badminton Keçirilmə yeri: "Badminton Mərkəzi" Universal İdman Mərkəzi Komanda yarışları 11:30 - 15:30. Qrup mərhələsi – I Tur 15:30 - 19:30. Qrup mərhələsi – II Tur 19:30 - 22:30. Qrup mərhələsi – III Tur Futzal Keçirilmə yeri: "Miras" İdman Təlim Mərkəzi Qrup mərhələsi 14:00 - 16:00. Azərbaycan – Belarus Tayboks Keçirilmə yeri: "Tulpar" Universal İdman Kompleksi 16:00 - 21:00. 1/2 final 60 kq. Əliyev Əli 63,5 kq. Məhər Əsədzadə 67 kq. Rəvan Ağazadə. Вернуться назад |