Главная > İdman > Tokio-2020: Azərbaycan paralimpiyaçıları 14-cü qızıl medalı qazanıb

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 14-cü qızıl medalı qazanıb


4-09-2021, 13:11. Разместил: admin
Tokio-2020: Azərbaycan paralimpiyaçıları 14-cü qızıl medalı qazanıb


Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Report məlumatına görə, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

O, həmçinin paralimpiya rekordunu da qırıb.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.


Вернуться назад