Главная > İdman > Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək
Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək30-07-2020, 09:21. Разместил: admin |
Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək. Oxu.az verir ki, bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib. O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq. Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur. Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi. İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu. Вернуться назад |