Главная > İdman > AVRO-2020: Bu gün Bakıda son oyun keçiriləcək
AVRO-2020: Bu gün Bakıda son oyun keçiriləcək3-07-2021, 11:45. Разместил: admin |
Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq. "Sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək. Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Skandinaviya təmsilçisi 1/8 finalda Uelsi, çexlər isə Niderlandı mübarizədən kənarlaşıb. Günün və mərhələsinin son qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı, Ukrayna isə İsveçi üstələyib. Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq. Avropa çempionatı 1/4 final 20:00. Çexiya - Danimarka Baş hakim: Byorn Kuypers (Niderland) Bakı. Bakı Olimpiya Stadionu 23:00. Ukrayna - İngiltərə Baş hakim: Feliks Brix (Almaniya) Roma. "Olimpiko" stadionu Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. Daha əvvəl Bakı A qrupunun 3 oyunu da keçirilib. Вернуться назад |