Главная > İdman > AVRO-2020: Bu gün Bakıda oyun keçiriləcək
AVRO-2020: Bu gün Bakıda oyun keçiriləcək12-06-2021, 12:18. Разместил: admin |
Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək. A qrupunda bir, B qrupunda isə iki matç olacaq. A qrupundakı Uels - İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək. Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb. İsveçrə qatıldığı son 3 nüfuzlu turnirdə DÇ-2014, AVRO-2016 və DÇ-2018-də qrupdan çıxmağı bacarıb. Hər üç yarışın 1/8 finalında uduzan komanda əvvəlki uğurunu növbəti dəfə təkrarlamaq istəyir. Uels isə 2016-cı ildə Fransadakı qitə çempionatının yarımfinal mərhələsinə kimi adlayıb. B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək. Avropa çempionatı A qrupu, I tur 17:00. Uels - İsveçrə Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa) Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya) Bakı. Bakı Olimpiya Stadionu B qrupu 20:00. Danimarka - Finlandiya 23:00. Belçika - Rusiya Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Вернуться назад |