Главная > İdman > Çempionlar Turu: Rəcəbov və Məmmədyarovun ümumi qazancı açıqlandı
Çempionlar Turu: Rəcəbov və Məmmədyarovun ümumi qazancı açıqlandı3-05-2021, 16:00. Разместил: admin |
![]() Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5 raundundan sonra turnir cədvəli açıqlanıb. "Report xəbər verir ki, "New In Chess" adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. 1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib. Çempionlar Turunun VI mərhələsi mayın 23-də start götürəcək. Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub. ![]() ![]() Вернуться назад |