Главная > İdman > Çempionlar Turu: Rəcəbov Karlsenlə, Məmmədyarov Firuzca ilə üz-üzə
Çempionlar Turu: Rəcəbov Karlsenlə, Məmmədyarov Firuzca ilə üz-üzə27-04-2021, 10:28. Разместил: admin |
![]() Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün 1/4 final mərhələsinə start veriləcək. Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə üz-üzə gələcək. Məmmədyarov 1/4 final mərhələsindəki ilk görüşünü ağ, Rəcəbov isə qara fiqurlarla oynayacaq. Bu raund iki gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. 1/4 finalda qarşılaşacaqlar: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq. Вернуться назад |