Главная > İdman > Teymur Rəcəbov Levon Aronyana qarşı
Teymur Rəcəbov Levon Aronyana qarşı23-11-2020, 14:30. Разместил: admin |
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşacaq. Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Skilling Open” turnirində daha beş tur keçiriləcək. Teymur Rəcəbov bu gün VI-X turlar çərçivəsində ardıcıllıqla Əlirza Firuzca (İran), Levon Aronyan (Ermənistan), Yan-Kjıştof Duda (Polşa), Dinq Liren (Çin) və Aniş Qiri (Niderland) ilə qarşılaşacaq. Qeyd edək ki, 30 min dollar mükafat fondu olan onlayn turnirin ilk beş turuna əsasən Teymur Rəcəbov 1,5 xal toplayıb. Вернуться назад |