Главная > İdman > Millətlər Liqası: Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək
Millətlər Liqası: Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək5-09-2024, 09:49. Разместил: admin |
Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirəcək. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək. C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq. UEFA Millətlər Liqası C Liqası, I qrup I tur 5 sentyabr 20:00. Azərbaycan - İsveç Baş hakim: Balaş Berkey (Macarıstan). Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək. Вернуться назад |