Главная > İdman > Azərbaycan Qol Güləşi Federasiyası da şəhid verdi
Azərbaycan Qol Güləşi Federasiyası da şəhid verdi1-10-2020, 21:45. Разместил: admin |
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan Qol Güləşi Federasiyasının idmançısı, Sumayıt təmsilçisi Xəlilov Mahir Muxtar oğlu şəhid olub. Başın sağ olsun Vətən! Hal-hazırda federasiyamızın daha iki idmançısı, dəfələrlə dünya və Avropa çempionu olmuş İbrahimov Bəxtiyar Əyyub oğlu və ağır çəkidə dəfələrlə respublika çempionu adını qazanmış Qəmbərov Elvin Taleh oğlu döyüşlərdə iştirak edirlər. Azərbaycan Qol Güləşi Federasiyası hər zaman vətənpərvər gənclik yetişdirmişdir və bu fəaliyyət bundan sonra da davam edəcək. Bu gün də ön cəbhədə döyüşən idmançılarımızın arxasında federasiyamızın hər an savaşa qatılmağa hazır olan üzvlərindən və idmançılarımızdan ibarət böyük bir Vətənpərvərlər ordusu durur. Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan! Bir daha Sizə müraciət edərək bildirmək istəyirəm ki, başda mən özüm olmaqla, qol güləşçilərimiz böyük bir heyətlə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmaq üçün Sizin əmrinizi səbirsizliklə gözləyirik. Biz bu döyüşə hər dəqiqə, hər an hazırıq. Peyğəmbərimiz Mühəmməd (s.ə.s) demişdir: “Sizinlə vuruşanlarla vuruşun!” Biz də bu gün düşmənlə şərəfimizlə vuruşmağa və torpaqlarımızı erməni işğalçılarından azad etməyə tam hazırıq! Allah şəhidlərimizə rəhmət eləsin! Zəfər nəsibimiz olsun! Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov Вернуться назад |