Главная > İdman > "Qarabağ"ın oyununa təyinat alan hakim Ağdam klubunun matçında zədələnib
"Qarabağ"ın oyununa təyinat alan hakim Ağdam klubunun matçında zədələnib19-08-2024, 13:37. Разместил: admin |
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Xorvatiyada keçiriləcək "Dinamo" - "Qarabağ" matçını idarə edəcək isveçli Qlenn Nyuberq daha əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb. 35 yaşlı referi 2021/2022 mövsümündə Konfrans Liqasının III təsnifat mərhələsində "köhlən atlar"ın səfərdə Kiprin AEL komandasına qarşı ilk görüşündə iş başında olub. O, sözügedən qarşılaşmada bəxtsizliklə üzləşib. Qlenn Nyuberq heç-heçə yekunlaşan (1:1) oyunun 80-ci dəqiqəsində zədələnib və matçı davam etdirə bilməyib. Onu həmyerlisi Boyan Panciç əvəzləyib. FIFA referisi bu il Almaniyada təşkil olunan Avropa çempionatının üç oyununu da idarə edib. AVRO-2024-də Rumıniya - Ukrayna (3:0), Albaniya - İspaniya (0:1) və Fransa - Belçika (1:0) qarşılaşmaları ona həvalə edilib. Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək. Вернуться назад |